Türkün növbəti sınağı: “Türkiyə bu sınağın öhdəsindən gələcək”backend

Türkün növbəti sınağı: “Türkiyə bu sınağın öhdəsindən gələcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6- da qardaş ölkə Türkiyədə baş verən zəlzələ ilə regionun gündəmi dəyişdi. İndi nəinki qonşu ölkələrdə, demək olar, dünyanın hər tərəfində insanlar baş vermiş faciə barədə danışır, onun təsirlərini müzakirə edirlər. Elə Azərbaycandan da zəlzələnin ilk günündən etibarən Türkiyəyə yardım kampaniyası dayanmır. Vətəndaşlarımız yardımların toplanması üçün ayırılmış ünvanlara üz tutur, əllərində -ətəklərində nə varsa, qardaş ölkəyə göndərirlər.

Mövzu ilə bağlı politoloq Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə həmişə bir-birilərinin yanında olublar. Biz bunu tarixin müxtəlif dövrlərində görmüşük:

“2011-ci ildə Türkiyənin Van şəhərində 644 nəfərin ölümü, 1966 nəfərin yaralanması ilə nəticələnən dəhşətli zəlzələ olmuşdu. Həmin vaxt Azərbaycan Türkiyəyə kömək əli uzadan ilk dövlət idi. Türkiyənin o vaxtkı prezidenti Abdulla Gül sonralar bu barədə deyəcəkdi: “Bütün ölkələr bizə kömək təklif etdi. Azərbaycan isə təyyarələri göydə olarkən soruşdu ki, hara enək?”. Bu sitat özü də iki qardaş ölkənin əlaqələrinin, bir-birinə olan münasibətinin parlaq təzahürüdür. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilk gündən etibarən Türkiyədədirlər. Xilasedicilərimiz indiyədək 300-ə yaxı insanı dağıntılar altından çıxarıblar. Onlardan 45-i sağdır. Digərlərinin isə təəssüf ki, cəsədi çıxarılıb. Doğrudur, baş vermiş fəlakət hər birimizi narahat edir. Zərərçəkmişlərin, o cümlədən körpələrin və yaşlıların dağıntıların altından çıxarılmasını əks etdirən kadrları soyuqqanlı şəkildə izləmək asan deyil.
Türkiyənin təxminən səkkizdə bir hissəsini əhatə edən zəlzələ türk dünyasının növbəti sınağıdır. Biz belə sınaqları əvvəllər də görmüşük. Və hər dəfə bir-birimizdən daha möhkəm yapışmış, daha güclü olmuşuq”.