Almaniya səfirinin müavini Marcel Vietor, Avstriyanın Müvəqqəti işləri vəkili Gerard Lutz, Macarıstanın hərbi attaşeləri Sari Szabolcs və Zsolt Lenard Sumqayıtda alman, macar və avstriyaəsilli əsirlərin dəfn edildiyi məzarlıqda olublar.
İnterpress.az-ın məlumatına görə, mərasimdə diplomatla bərabər, səfirliyin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2 986 məzar var. Onlardan biri də Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman, 6-sı macar, qalanları isə avstriyalıdır. Əsirlər Sumqayıt şəhərinin salınmasın işində iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunublar.
Hər il noyabr ayında Almaniya, Avstriya və Macarıstan səfirliklərinin nümayəndələri bura gələrək məzarlığı ziyarət edirlər.