Ukrayna Avropanın danışıqlar üçün təcili nümayəndə təyin etməsini İSTƏYİRbackend

Ukrayna Avropanın danışıqlar üçün təcili nümayəndə təyin etməsini İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropanın ABŞ və Rusiya ilə potensial sülh danışıqları üçün təcili olaraq nümayəndə təyin etməsini istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Jovkva bildirib.

“Bu, tez bir zamanda verilən qərar olmalıdır. Paris görüşündən dərhal sonra. Düşünmək yox, hərəkət etmək lazımdır”, – o qeyd edib.

Jovkvanın fikrincə, bu, Zelenski, Tramp və Putinlə eyni statusa sahib olmaq üçün lider səviyyəsində olan şəxs olmalıdır.

Xuraman Etibarlı

İnterpress.az