Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 1 helikopteri və 1 PUA-sı vurulub”backend

Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 1 helikopteri və 1 PUA-sı vurulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son sutkada Rusiya Silahlı Qüvvələrinin 1 “Ka-52” helikopteri və 1 “Merlin-VR” pilotsuz uçuş aparatı (PUA) vurulub”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində 22 yaşayış məntəqəsinə artilleriya zərbələri endirib:

“Xerson istiqamətində dinc əhaliyə hücumlar davam edir. Zaporojye istiqamətində 24 yaşayış məntəqəsi hücuma məruz qalıb. Eyni zamanda düşmən 25 hava hücumu həyata keçirib və raket salvo sistemlərindən 85-dən çox hücum təşkil edib”, – Baş Qərargahdan vurğulanıb.

Məlumata görə, Rusiyanın Ukraynanın bütün ərazilərində mülki obyektlərə hava və raket zərbələri endirməsi təhlükəsi yüksək olaraq qalır: “Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri gün ərzində 3 nəzarət məntəqəsini, işğalçıların cəmləşdiyi 5 ərazini, 1 sursat anbarını və düşmənin 2 mühüm obyektini vurub”.