“Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür” – Politoloqbackend

“Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zelenskinin bu çıxışı ABŞ-ın və bütövlükdə Qərb dünyasının İrana yönəlik siyasətində korrektələrə səbəb olacaq”.

Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin İranla bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, İranın terrorçu siyasətinin qarşısını mütləq almaq lazımdır:

“Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqressindəki çıxışı zamanı İranı Rusiyanın Ukraynada törətdiyi soyqırımı siyasətinin şəriki adlandıraraq deyib ki, bir terrorçu digərini tapıb. “Əgər biz indi onları dayandırmasaq, onların digər müttəfiqlərinizi vurması zaman məsələsidir”. Konqres üzvləri Zelenskinin “biz onları indi dayandırmalıyıq” çağrışını ayaq üstə alqışlayıblar. Ukrayna prezidenti Volodimir Zelenskinin bu çıxışı heç şübhəsiz ki, ABŞ-ın və bütövlükdə Qərb dünyasının İrana yönəlik siyasətində korrektələrə səbəb olacaq və teokratik rejimə qarşı daha sərt qərarların qəbul olunması ilə nəticələnəcək. Rusiya imperializminə qarşı mübarizədə olduğu kimi, İranın terrorçu siyasətinə qarşı mübarizədə də Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür. Ukrayna ilə müttəfiqlik sazişi imzalayaraq birgə hərəkət etmək zamanı çatıb. Ukrayna məğlub olsa terrorçuların, Rusiya və İranın ilk birgə hədəfi Azərbaycan olacaq”.