Ukrayna limanlarından 21 milyon tondan çox ərzaq ixrac edilibbackend

Ukrayna limanlarından 21 milyon tondan çox ərzaq ixrac edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taxıl sazişi” qüvvəyə mindiyi gündən Ukrayna limanlarından 21 milyon 43 min 307 ton kənd təsərrüfatı məhsulları ixrac edilib.

Bu barədə BMT-nin məlumatları xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı qeyd edib ki, Ukrayna limanlarından göndərilən məhsullar arasında qarğıdalı 47%, buğda 29%, günəbaxan yağı və unun hər biri 5%, digər yüklər isə 14% təşkil edib.

Mallar Çin (4,2 milyon ton), İspaniya (3,8 milyon), Türkiyə (2,4 milyon), Niderland (1,2 milyon) və Misirə (724,7 min ton) ixrac edilib.