Ukrayna Müdafiə Nazirliyi əzmkar mübarizəyə görə xalqa təşəkkür edib.
Bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.
“96 saat müqavimət. 4 gün qələbə, cəsarət və inam. Buna görə həmvətənlərimizə minnətdar olmağın vaxtıdır. Qadınlarımızı, uşaqlarımızı qətlə yetirən düşmən qəzəbi dinc şəhərlərimizi viran qoyur”, – paylaşımda bildirilib.