Ukrayna ordusu Rusiyanın 4500 hərbçisini belə məhv etdibackend

Ukrayna ordusu Rusiyanın 4500 hərbçisini belə məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.

Bu barədə interpres.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar – təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri – 1 ədəd, taktiki səviyyəli silahlar – 60 ədəd, gəmilər, qayıqlar – 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.