Ukrayna sərhəddə əməliyyat keçirirbackend

Ukrayna sərhəddə əməliyyat keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın güc strukturları Belarusla sərhəddə xüsusi əməliyyata başlayıb.

sözügedən əməliyyata sərhədçilər ilə yanaşı, milli polis və qvardiya əməkdaşları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri cəlb olunub.

Bundan əlavə, sərhəddə hava qüvvələri və pilotsuz uçuş aparatları tərəfindən patrul fəaliyyətləri də həyata keçiriləcək.

Bu qərar Ukrayna rəhbərliyi tərəfindən ölkə sərhədinin qorunması və miqrasiya böhranının qarşısının alınması çərçivəsində qəbul edilib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin birinci müavini Vladimir Nikiforenkonun sözlərinə görə, miqrant axınının Ukraynaya yönləndirilməsi ehtimalı var.