Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olubbackend

Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkililəri (ombudsman) Tatyana Moskalkova və Dmitro Lubitsin videogörüşü baş tutub. Görüşə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç qatılıb.

“Report” xəbər verir ki, bu barədə rusiyalı ombudsman teleqramda bildirib.

“Qarşılıqlı fəaliyyətimiz artıq ailələrin birləşməsi, hər bir tərəfdən itkin düşmüş şəxslərin müəyyən edilməsi, əsirlərin mübadiləsinə köməklik göstərilməsi və saxlanılan mülki şəxslərin evlərinə qarşılıqlı qayıtması ilə bağlı bir sıra məsələlərin həllinə imkan verib”, – rusiyalı hüquq müdafiəçisi söyləyib.

O, tərəflərin bu istiqamətdə fəaliyyətlərini davam etdirərək, ağır yaralıların, repatriasiya edilməli olan şəxslərin siyahılarının mübadiləsinə köməklik göstərməyə, deportasiyaya tabe olan vətəndaşların qaytarılmasında səlahiyyətli orqanlara köməklik göstərməyə razılaşdığını vurğulayıb.

“Eyni zamanda, təcrübədən göründüyü kimi, belə hallarda ombudsmanların rolu artır. Biz çətin həyat vəziyyətində olan insanlara yardım etmək üçün əlimizdən gələni etməyə çalışırıq”, – T. Moskalkova yekunda qeyd edib.