Ukrayna və NATO ortaq silah istehsalına başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.
O bildirib ki, rəsmi Kiyev və Alyans ölkələri ortaq silah istehsalı həyata keçirirlər.
O.Danilov söyləyib ki, istehsal mümkün qədər artırılmalıdır: “Lakin bunu müvafiq qurumlar və aidiyyatı şəxslər həll etməlidir. Bu gün Ukrayna NATO standartlarına cavab verir. Ölkəmizdə baş verən hadisələr tərəfdaşlarımızı təəccübləndirir”.