Ukrayna XİN: “Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”backend

Ukrayna XİN: “Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.

İnterpress.az xəbər verir ki, nazir Tvitter səhifəsində yazıb:

“Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.