Ukraynada Rusiya qoşunlarının hücuma başlamasından indiyədək 2040 mülki şəxs yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yaralılardan 45-i azyaşlıdır. Məlumatda, həmçinin 16-sı uşaq olmaqla 352 nəfərin həlak olduğu vurğulanıb.