Ukraynada müvəqqəti atəşkəs elan edildibackend

Ukraynada müvəqqəti atəşkəs elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.

O, qeyd edib ki, gözlənilən əsas nəticələr əldə olunmayıb.

“Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”, – deyə Podolyak bildirib.

Görüşlərin üçüncü raundunun keçirilməsi planlaşdırılır.