Ukraynada tanınmış azərbaycanlı qadın mühasirəyə düşübbackend

Ukraynada tanınmış azərbaycanlı qadın mühasirəyə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

İnterpress.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Belə ki, agentliyin Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb. O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, – A.Həmidova bildirib.