Ukraynadan iddialı açıqlama: “Putin tezliklə öləcək”backend

Ukraynadan iddialı açıqlama: “Putin tezliklə öləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin xərçəng xəstəsidir, ümid edirəm ki, o, tezliklə öləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

“O (Putin) uzun müddətdir xəstədir, əminəm ki, xərçəng xəstəsidir. Ümid edirəm ki, tezliklə öləcək”, – Budanov bildirib.

Budanovun sözlərinə görə, o, Putinin xərçəng xəstəliyinə tutulduğunu dəqiq bilir.

Jurnalistin Ukraynanın Baş Kəşfiyyat İdarəsi bu məlumatı Putinə yaxın mənbələrdən alıb-almadığı sualına Budanov “Bəli” deyə cavab verib.

“Bu müharibə o ölməmiş bitməlidir… biz 2023-cü ildə qalib gələcəyik”, – Budanov bildirib.

Baş kəşfiyyat bölməsinin rəhbərinin sözlərinə görə, Putinin ölümündən sonra Rusiyada hakimiyyət dəyişikliyi olacaq və biz onun transformasiyasından qorxmamalıyıq, çünki bu, yalnız bütün dünyaya fayda verəcək.