Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölübbackend

Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.

Məlumatı Çerniqov Vilayət Administrasiyasının Mətbuat Xidməti yayıb.

Bildirilib ki, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.

Məlumata görə, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.