“Ukraynaya hərbi dəstək davam edəcək” – ABŞ Dövlət Departamentibackend

“Ukraynaya hərbi dəstək davam edəcək” – ABŞ Dövlət Departamenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Müdafiə Nazirliyi ukraynalı hərbçilər üçün hərbi təlimləri genişləndirəcək”.

İnterpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə digər ölkələrdən əlavə ağır silah-sursat və ehtiyat hissələrinin tədarükünü koordinasiya etməyə davam edəcək”, – o vurğulayıb.

Rəsmi açıqlamada həmçinin bildirilib ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi davam edəcək. “Ümumilikdə, Vaşinqton 713 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır. Bu, Ukrayna, Mərkəzi və Şərqi Avropanın və Balkanların digər 15 ölkəsi üçün nəzərdə tutulub. Bunun 322 milyon dollardan çoxu Ukraynaya ayrılıb”.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken və ölkənin müdafiə naziri Lloyd Ostin aprelin 24-də Kiyevdə səfərdə olublar. Onlar Ukrayna lideri Volodimir Zelenski ilə görüşüblər.(report)