UNRWA: BMT obyektlərinə hücumlar beynəlxalq humanitar hüquqa məhəl qoyulmadığını göstərirbackend

UNRWA: BMT obyektlərinə hücumlar beynəlxalq humanitar hüquqa məhəl qoyulmadığını göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib ki, Qəzzada BMT-nin humanitar obyektlərinə edilən hücumlar “beynəlxalq humanitar hüquqa etinasızlıq” nümayiş etdirir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. UNRWA-nın komissarı General Lazzarini CBS televiziyasında yayımlanan “Face the Nation” verilişinin qonağı olub.

Bölgədə həyatını itirən BMT işçilərinin sayının niyə bu qədər çox olduğu sualını cavablandıran Lazzarini “BMT-nin daha əvvəl heç vaxt qısa müddətdə bu qədər çox işçi itirmədiyini” vurğulayıb.

Lazzarini, İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri “1 milyondan çox insanı qəbul edən 70-ə yaxın mərkəzin vurulduğunu” və bunun çox “dağıdıcı” olduğunu bildirib.

İsrailin hücumlarında 200-dən çox personalın yaralandığı və ya öldüyünə diqqət çəkən Lazzarini bildirib ki, bu, həm İsrail səlahiyyətlilərinə, həm də Həmas-a davamlı məlumat verməmizə baxmayaraq baş verib.

Lazzarini BMT-nin BMT-nin yardım obyektlərinə edilən hücumların məsuliyyəti ilə bağlı təhqiqat başlatması lazım olduğunu qeyd edib.

“Lakin burada beynəlxalq humanitar hüquqa, BMT obyektlərinə və mülki əhaliyə açıq-aşkar etinasızlıq var”, – Lazzarini bildirib.