Uqandada Ebola epidemiyası başa çatıbbackend

Uqandada Ebola epidemiyası başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin sentyabrında Uqandada başlayan Ebola epidemiyası sona çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

42 gün sonra xəstəliyə rast gəlinmədiyi üçün 11 yanvar epidemiyanın bitdiyi gün hesab edilib.

Uqandanın səhiyyə naziri Ceyn Rut Aceng epidemiyanın başa çatması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə tədbir keçirib.

Nazir ölkədə epidemiyanın uğurla nəzarət altına alındığını bildirib.

O qeyd edib ki, 2022-ci il sentyabrın 19-dan indiyədək 155 hadisə baş verib, onlardan 143-ü təsdiqlənib, 55-i isə dünyasını dəyişib.

Xatırladaq ki, Ebola ilk dəfə 1976-cı ildə Nzara, Sudan və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda yayılıb.

Ebola 2013-cü ildə Qərbi Afrikada yayılıb.

2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan virusa yoluxub, xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.