Ürəkləri dağlayan hadisə: 14 yaşlı yeniyetmə qətlə yetirildibackend

Ürəkləri dağlayan hadisə: 14 yaşlı yeniyetmə qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Zuqdi şəhərində 14 yaşlı oğlan bıçaqla öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.

Mövcud məlumata görə, Mesxia küçəsində yerləşən futbol stadionunun yaxınlığında azyaşlılar arasında mübahisə baş verib və 14 yaşlı yeniyetmə sinəsindən soyuq silahla bıçaqlanıb. Hücum edən cinayəti törətdikdən sonra qaçıb, yaralı yeniyetmə xəstəxanaya aparılsa da, həkimlər yalnız onun ölüm faktını təsdiqləyiblər.

Daxili İşlər Nazirliyi qanlı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə istintaq açıb. Qətl törədən şəxs saxlanılıb, onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İnterpress.az