Uşaq bağçaları işçilərinin əməkhaqqı artırılıbbackend

Uşaq bağçaları işçilərinin əməkhaqqı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.

İnterpress.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olacaq:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. İdarə rəisi 864
2. İdarə rəisinin müavini 624
3. Baş mühasib, sektor müdiri 565
4. Baş mühasibin müavini, baş məsləhətçi 534
5. Metodiki Mərkəzin müdiri 516
6. Aparıcı məsləhətçi 500
7. Məsləhətçi 486
8. Metodist 470
9. Bölmə rəhbəri 450
10. Böyük iqtisadçı, böyük mühasib 444
11. Aparıcı mühasib 430
12. İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis 415
13. Avtomobil sürücüsü 400
14. Katibə-kompüter operatoru 354
15. Xadimə, fəhlə 325

Qeyd edək ki, qərarda uşaq bağçaları İcra Hakimiyyətinin tabeliyində kimi qeyd olunsa da, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 dekabr 2021-ci il tarixindən etibarən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.