ÜST koronavirusla bağlı həyəcan təbili çalırbackend

ÜST koronavirusla bağlı həyəcan təbili çalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasının yenidən genişlənməsi ilə bağlı həyəcan təbili çalır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ÜST virusun yeni ştammının sürətlə yayılmasından narahatlığını ifadə edib. Məlumata görə, artıq yoluxma sayında artım tempi Avropanın bəzi bölgələrində və ABŞ-ın şimal-şərqində daha çox qeydə alınıb.

Hazırda təşkilat mövcud vəziyyəti təhlil etməyə başlayıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı yayılıb. Yeni ştammın adı “Omikron XBB.1.5”dur. Mütəxəssislər hesab edir ki, yeni ştammın virusun yeni dalğasının güclənməsinə səbəb olacağı istisna deyil.