Qida rasionumuzda heyvani yağlarla bərabər bitki yağlarına da üstünlük veririk. Xüsusi ilə də qızartma yeməklərin hazırlanmasında bir çox xanımların seçimi duru bitki yağları olur. Çünki bu yağlar heyvani yağlarla müqayisədə qızarma prosesi zamanı daha az yanır və yapışır.
İnterpress.az xəbər verir ki, həkimlər və tibb dünyası isə bitki yağlarının tərkibi ilə bağlı daim ictimaiyyətə xəbərdarlıqlar edir, tərkibinin təmizliyindən əmin olmadıları yağlardan istifadə etməməyə çağırır. Hətta bildirilir ki, dünyada bazarlarında olan bir çox yağ məhsullarının tərkibinin araşdırılaması zamanı məlum olub ki, onların təkibində palma və palma qozu yağı olan ərzaq məhsulları kifayət qədərdir. Palma yağından istifadəsi isə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, eyni zamanda ekologiyaya da ciddi ziyan vuraraq tropik meşələrin məhvinə səbəb olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Medianews.az saytına məsələ ilə bağlı açıqlama verən zaman bildirib ki, “Azad İstehlakçılar” İctimayi Birliyi 6 il öncə Rusiyadan gətirilən və üzərində qarğıdalı şəkilli duru yağ nümunəsini ekspertizasını keçirib və məlum olub ki, həmin yağ qarğıdalı yağı adlandırılsa da onun qarğıdalı yağı ilə bağlı heç bir əlaqəsi yoxdur.
“Duru yağ bazarında problemlər yaşanır. Bu bazar həddindən artıq çirklənmiş vəziyyətdədir və istehlakçıların aldadılması baş verir. Bazarın hazırda ən təmiz seqmenti demək olar ki, zeytun yağlarıdır. Burada da yerli zeytun yağları üstünlük təşkil edir. İnsanlar uzaq ölkələrdən gətirilən yağlara aldanmamalıdırlar.
Yağlarda mürəkkəb məsələlərdən biri də dondurulmuş bitki yağları ilə bağlıdır. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə müəyyən işlər aparıb, orada olan texnoloji proseslər, zərərli maddələrin miqdarının nizamlanması barədə konkret rəqəmlər müəyyən olunub və həmin yağlara Azərbaycanda müəyyən standarlar tətbiq olunub”.
Eyyub Hüseynov duru yağlardan dəfələrlə istifadə edilməsi məsələsinə də toxunub və bildirib ki, bu tamamilə yolverilməzdir:
“Bilirik ki, yol kənarlarında, kafelərdə, bəzi restoranlarda bu yağlarla dəfələrlə peraşki, çipsi, katlet və s. hazırlanır. Amma bunun qarşısı alınmaldır”.