Vaqif Əliyev iki dövlətin qardaşlıq münasibətlərini necə təhlükəyə atıb?..backend

Vaqif Əliyev iki dövlətin qardaşlıq münasibətlərini necə təhlükəyə atıb?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR Turkey Energy”ni FETÖ yuvasına çevirən Vaqif Əliyev tutduğu vəzifədən təkcə öz şəxsi mənfəətləri üçün istifadəyə etməyib, həmçinin Azərbaycan və Türkiyənin qardaşlıq maraqlarına da xəyanət edib…
Azərbaycan prezidenti İlham Əliyevin bir neçə ildir ki, həyata keçirdiyi ardıcıl və məqsədli islahatlar 2022-ci ilin sonlarında yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində prezidentin islahatlarına qarşı sabotajların olması isə təbii görünür. Çünki uzun illər boyu vəzifələrdə outran və ölkədə oliqarxik system formalaşdıranların bu islahatlara qarşı çıxmaması qeyri-təbii olardı. 2022-ci ildə isə bu olaiqarxlara qarşı aparılan mübarizənin son akkordları vuruldu. Təbii ki, bu islahatlar 2023-cü ildə də öz axarı ilə davam etdiriləcək…

Ölkədə həyata keçirilən islahatların yeni dalğasında bütün sahələrri əhatə edən köklü dəyişiklikliklərin yaratdığı effekt perspektiv üçün pozitiv qənaətlərə təkan verməklə yanaşı, başlanmış işlərin ardıcıllıqla davam etdirilməsi və bu prosesin qarşısında əngəl ola biləcək maneləri bütünlüklə aradan qaldırmaq zərurətini doğurur.

Qeyd etmək lazımdır ki, gerçəkləşdirilən dəyişikliklər sayəsində əvvəllər vəziyyətin yetərincə acınacaqlı olduğu və əhalinin daim şikayətləndiyi gömrük, hüquq-məhkəmə, vergi, həmçinin başqa sferalarda vəziyyət kifayət qədər sabitləşdirilib, narazılıqlara əsas verən amillər geniş mənada öz aktuallığını itirib.

Eyni zamanda, Prezidentin kadr siyasətində də özünü qabarıq göstərən bu dəyişikliklər ictimai rəydə mənfi fiqurlar kimi qəbul edilən bir çox yüksək vəzifəli məmurların öz postlarından uzaqlaşdırılmaları və onların təsir imkanlarının neytrallaşdırılması aparılan islahatların mühüm elementinə çevrilib. Lakin bu insalnarın uzun illər boyu xalqın və dövlətin sərvətlərini mənimsəyib özünüküləşdirdiklərini, o cümlədən dövlətin yaratdığı imkanların bütün səfalarını özlərinə götürüb, cəfasını isə xalqa verdilkərini nəzərə alarsaq, o zaman həmin məmurların cinayət yolu ilə əldə etdikləri sərvətlərin də dövlətə və xalqa qaytarılması xüsusi önəm daşıyır.

Bununla belə, keçmiş hakimiyyət komandasında təmsil olunduqları uzun müddət ərzində idarəetmədə və biznesdə kök atmağı bacaran sabiq məmurların sabotaj xarakterli davranışları da diqqətdən yayınmamalıdır. İndi onlar həm də Azərbaycan üçün təhdidə çevrilirlər. Onların həm də antiAzərbaycan çevrələrlə bağlılıqları ümumilikdə ölkə üçün ciddi təhdidlər yaratmaqdadır.

Nə qədər təəccüblü olsa da, nəzərdə tutulan eks-məmurlar sırasında Azərbaycanın strateji qurumları arasında xüsusi yer tutan Dövlət Neft Şirkətinin (SOCAR) “şinel”indən çıxmış kadrların hətta öz vəzifələrini itirdikdən sonra da əllərindən çıxarmaq istəmədikləri imkanlar vasitəsilə dövlətin siyasətinə təsir göstərmək iddiasında olanlar az deyil.

Bu “sabiq”lərdən biri olan və vaxtilə SOCAR-da Sərmayələr İdarəsinə rəhbərlik edən, şirkətin Türkiyə üzrə layihələrində əsas fiqura çevrilən Vaqif Əliyevin bioqrafiyasının son on ilinə baxdıqda, adamın dövlətin verdiyi səlahiyyətdən öz maraqları naminə necə ustalıqla faydalandığını görmək çətin deyil.

Şirkətdə vəzifəyə təyinat aldıqdan sonra Azərbaycan və Türkiyə mediasında Vaqif Əliyevin əməllərinin ifşası haqda yayımlanan materiallar ona qarşı bir neçə cinayət işinin açılmasına əsas versə də, əksər məmurlar kimi SOCAR-ın sabiq İdarə rəisi də məsuliyyətdən kənarda qalıb.