Vatikan Papa Fransiskin səhhəti ilə bağlı çətin klinik vəziyyət olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, Papa bir həftə əvvəl bronxitdən xəstələnib və keçən cümə günü Romanın Gemelli Xəstəxanasına yerləşdirilib.
Vatikan bildirib ki, 88 yaşlı papanın polimikrob respirator infeksiyası var və bu, “mürəkkəb klinik vəziyyəti” həll etmək üçün onun müalicəsində dəyişiklik tələb edir.
Vatikanın bəyanatında deyilir ki, Papa Fransisk lazım olduğu qədər xəstəxanada qalacaq.
Vatikan bundan əvvəl “Papa Fransisk yaxşı gecə keçirib” xəbərini vermişdi.
“Klinik göstəricilər stabildir, tibb işçiləri tərəfindən təyin olunan diaqnostik və müalicəvi tədbirlər həyata keçirilir”, – Vatikan daha əvvəl yaydığı bəyanatda bildirib.
Gəncliyində onun xəstəlikdən sonra cərrahiyyə əməliyyatı zamanı ağciyərini qismən çıxartmışdılar ki, bu da onu tənəffüs yoluxucu infeksiyalara daha həssas edir.
Xuraman Etibarlı
İnterpress.az