Vauçerlər tədavülə qayıdacaq? – “Özəlləşdirmə çekləri müzakirələrə çıxarılır”backend

Vauçerlər tədavülə qayıdacaq? – “Özəlləşdirmə çekləri müzakirələrə çıxarılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq mülkiyyət hüququna malik olan özəlləşdirmə çekləri verildi. Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.

Özəlləşdirmə çeklərinin üstünlükləri ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://interpress.az/?s=%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirm%C9%99+%C3%A7ekl%C9%99ri

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İnterpress.az-a açıqlamasında bildirib ki, vətəndaşların əlində qalan özəlləşdirmə çeklərinin yenidən istifadəsinə şərait yaradılması arzuolunandır:

“Təəssüf ki, ölkəmizdə vauçerlərlə bağlı bazar məhdud səviyyədədir. Yəni əvvəllər vətəndaşlar özəlləşdirmə çekləri vasitəsilə daşınmaz əmlakın özəlləşdirilməsində iştirak edə bilirdilər. Bəzi vətəndaşlar sahib olduqları çeklərdən istifadə etməklə, müəyyən zavod və müəssisələrin özəlləşməsində rol oynaya bilirdilər. Bu gün isə özəlləşmə prosesində özəlləşdirmə çeklərindən istifadəyə imkan yaradılmır. Halbuki çek sahibləri gələcəkdə onlar üçün yaradılmış şansdan istifadə edə biləcəklərini düşünürdülər. Xüsusən də vauçerlərin qiymətinin bahalaşacağını düşünən insanlar sahib olduqları çekləri qoruyub saxlayırdılar. Təəssüf ki, çeklərin tədavülünün dayandırılması həmin vətəndaşların ümidlərini puç etdi. Lakin hazırkı məqamda dövlət tərəfindən bəzən özəlləşdirmə çeklərinin aqibəti ilə bağlı müzakirələr aparılır. Hətta parlamentdə də bu məsələ ilə fikirlər səsləndirilir və əllərdə qalan çeklərin özəlləşmə prosesinə cəlb olunması təklif olunur. Bu məsələ sırf hökumətin qərarına bağlıdır. Yəqin ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Vətəndaşların mülkiyyət hüququnun qorunması baxımından istifadəsiz qalan özəlləşdirmə çekləri tədavülə buraxılmalıdır. Bu, vətəndaşların hüququnu bərpa edə bilər”.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova isə öz növbəsində qeyd edib ki, çeklərin tədavülünün bərpa vətəndaşların itmiş etimadını bərpa edəcək:

“Özəlləşdirmə çeklərinin adi kağız parçası kimi dəyərləndirilməsi doğru yanaşma deyil. Bu gün də bəzi şəxslər vauçerləri adi kağız parçası kimi qələmə verməyə çalışırlar. Halbuki bu yanaşma doğru deyil. Ona görə də o vaxtı buraxılan səhv bu gün düzəldilməli və vətəndaşların hüquqları bərpa olunmalıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşın rifahının yaxşılaşdırılması dövlətin ən vacib məsələlərindən biridir. əgər çeklər tədavülə buraxılmazsa, bu halda çek sahibi olan vətəndaşlara kompensasiya ödənilməsinə ehtiyac var. Ümid edirəm ki, özəlləşdirmə çekləri ilə bağlı dövlətimiz yaxın vaxtlarda lazımi addımlar atacaq və vətəndaşlar öz imkanlarından yararlana biləcəklər”.