Tədqiqatçılar süni intellekt kodlaşdırmasının asılılıq yarada biləcəyini aşkar ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə 305 proqramçı arasında keçirilən sorğunun nəticələrində bildirilib.
Sorğuda iştirak edən proqramçıların 80 faizi ən azı bir dəfə süni intellektdən həddindən artıq asılılıq hiss etdiyini deyib.
Onların 43 faizi iş günü başa çatdıqdan sonra da neyroşəbəkədən istifadə etməyə davam edib, üçdə biri isə daha bir promt yazmaq üçün yuxunu təxirə saldığını bildirib.
Respondentlərin 39 faizi süni intellektlə işləməyə başladıqdan sonra işdən ayrılmağın çətinləşdiyini qeyd edib.
İştirakçıların yarıdan çoxu isə süni intellektdən intensiv istifadənin tükənmə riski ilə əlaqəli olduğunu düşünür.
Xuraman Etibarlı
İnterpress.az






