Vejnəli qızıl yatağının hasilat tarixi açıqlandıbackend

Vejnəli qızıl yatağının hasilat tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngilan rayonunun Vejnəli qızıl yatağında ilkin tədqiqatlar aparılıb və filiz ehtiyatlarının öyrənilməsi başa çatıb.

İnterpress.az xəbər verir ki, 2022-ci ilin ikinci yarısında mövcud mədəndən hasilata başlanılması üçün texniki araşdırma aparılır.

Bildirilib ki, bu yaxınlarda minatəmizləmə şirkəti ilə müqavilə imzalanıb və şaxtaya giriş yolunda, ətraf ərazilərdə, yeraltı mədəndə minaların, həmçinin tərk edilmiş digər döyüş sursatlarının tapılıb məhv edilməsi işlərinə artıq başlanılıb. Əməliyyatlara başlamazdan əvvəl bütün ərazinin təhlükəsizliyini təmin edilib.

Qeyd edək ki, şirkət tərəfindən Vejnəli yatağının faydalı ehtiyatlarının həcmi 10 957 ton həcmində müəyyən edilib ki, hər tondan 3,91 qram qızıl əldə olunması ehtimal edilir.