“Vətəndaşımızın itkin düşməsi ilə bağlı İranın 3 ay sonra cavab verməsi təsadüfi deyil”backend

“Vətəndaşımızın itkin düşməsi ilə bağlı İranın 3 ay sonra cavab verməsi təsadüfi deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehran üç ay öncə İranda yoxa çıxan Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunduğunu rəsmi şəkildə bildirib”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

“Belə olduğu gözlənilən idi, lakin vətəndaşımızın itkin düşməsi ilə bağlı Azərbaycan XİN-in üç ay öncə ünvanladığı müraciətə İranın niyə indi – İsrail prezidentinin Bakı səfərindən sonra cavab verməsi və “casusluq” ittihamını elan etməsi təsadüfi deyil.

İki gün öncə Qərbi Azərbaycan vilayətində “sionist qruplaşma” saxladılar, bu gün də F.Səfərliyə qarşı ittihamları bəlli olub. “İsrail İrana qarşı hücumları Azərbaycandan həyata keçirir” iddialarını yenidən tirajlamaq üçün “əsaslar” formalaşdırdıqları istisna deyil, F.Səfərlidən də bu prosesdə “sübut kimi” istifadə edə bilərlər”, – o əlavə edib.