“Victoria’s Secret” Rusiyada fəaliyyətini dayandırırbackend

“Victoria’s Secret” Rusiyada fəaliyyətini dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın məşhur “Victoria’s Secret” qadın alt paltarları şirkəti Rusiyada fəaliyyətini müvəqqəti dayandırır.

İnterpress.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Açıqlamaya görə, istehsalçı martın 9-da onlayn satışı dayandırır, martın 10-da isə brendin Rusiyadakı bütün satış məntəqələri bağlanacaq.

Hazırda “Victoria’s Secret”in Rusiyadakı fəaliyyətini nə qədər müddətə dayandırdığı məlum deyil.

Qeyd edək ki, martın əvvəlində “Net-a-Porter”, “Mr Porter”, “Yoox” və “The Outnet” xarici reteyl platformaları məhsullarının rusiyalı alıcılara satışını dayandırdığını elan etmişdi. Analoji addımı “Hermes”, “Louis Vuitton”, “Mango”, “Asos”, “Nike”, həmçinin “Adidas”, “Puma” və digər məşhur şirkətlər də atıb.