Ermənistan Avropa İttifaqına qoşularsa, öz kimliyini itirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Vesti”yə müsahibəsində məlumat yayıb.
Dövlət Dumasının sədri Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı sərt xəbərdarlıq edib.
Volodin bildirib ki, Ermənistan Aİ-yə qoşulacağı təqdirdə “özünü itirəcək”.
O, bunu Ermənistanın öz brendini “konyak” adlandırmaq hüququnu artıq itirməsi ilə əlaqələndirib.
Volodin qeyd edib ki, Avropa İttifaqı Ermənistana da vaxtilə Ukraynaya vəd etdiyi kimi, iqtisadi artım vəd edir.
Lakin onun sözlərinə görə, Ukrayna məhsulları “rəqabətə davamlı olmadığı üçün” Avropa bazarlarına buraxılmayıb.
Rəsmi Moskva İrəvanın Qərbə doğru xarici siyasət kursunu tənqid edərək, bunun Ermənistanın iqtisadi müstəqilliyinə zərər vuracağını iddia edir.
Xuraman Etibarlı
İnterpress.az






