X platforması Türkiyənin tələblərinə ƏMƏL ETDİbackend

X platforması Türkiyənin tələblərinə ƏMƏL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

X sosial media platforması “yerləşmə” Qanununun tələblərinə əməl edib, Türkiyədə ofis açıb və rəsmi nümayəndə təyin edib.

İnterpress.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilir ki, X sosial media platforması artıq Türkiyənin şərtlərini qəbul edib, ofis açıb və rəsmi nümayəndə təyin edib.

Türkiyənin tənzimləyici orqanı, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yaxın vaxtlarda X sosial şəbəkəsinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı planlaşdırırdı. Bu qərarın əsası şirkətin respublikanın qanunvericilik tələblərinə əməl etməməsi və əvvəllər təyin edilmiş cərimələri ödəməməsidir.

2020-ci ildə Türkiyə sosial şəbəkələrin tənzimlənməsi çərçivəsində yeni tələbləri təsdiqləyib. Böyük beynəlxalq platformalardan ölkəyə rəsmi nümayəndələr təyin etmələri tələb olunurdu ki, Ankara onların vasitəsilə birbaşa əlaqə qura bilsin.

Bunu etməyən şirkətlər əvvəlcə 10 milyon lirə (indiki məzənnə ilə təxminən 310 min dollar) inzibati cərimə alıblar. Bundan sonra nümayəndə təyin etməyənlər 30 milyon lirə (təxminən 900 min dollar) məbləğində növbəti cəriməni alıblar.

X sosial şəbəkəsi ona tətbiq edilən cərimələri ödəməmiş və nümayəndə təyin etməmişdi. Eyni zamanda, məhdudiyyətlər artıq şirkətə şamil edilir. Hakimiyyət orqanları respublikada qeydiyyatdan keçmiş hüquqi şəxslərə X-də reklam yerləşdirməyi qadağan edib.

Xuraman Etibarlı

İnterpress.az