Xaçmazda icra başçısına yeni müavin təyin olunubbackend

Xaçmazda icra başçısına yeni müavin təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

İnterpress.az-ın məlumatına görə, icra başçısının müvafiq sərəncamı ilə Oruclu Anar Absətdər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Oruclu Anar Absətdər oğlu 1974-cü ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olub. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. Bu təyinatadək Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.