Xaçmazda parkda qadın döyülübbackend

Xaçmazda parkda qadın döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda döyülmə hadisəsi baş verib.

Hadisə Xaçmaz şəhərində yerləşən “Fəvvarələr parkı”nda qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Xəstəxanada E.Xəlilova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az