Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası davam edir.
İnterpress.az xəbər verir ki, aksiyalar soyuq hava şəraitinə baxmayaraq gecə saatlarında da keçirilir.
Fasiləsiz davam edən dinc aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri əleyhinə şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları sülhməramlıların komandanının gəlişini tələb ediblər.
Bundan əlavə, aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.
Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.
Qeyd edək ki, aksiya ötən ilin dekabrın 12-si səhər saatlarından etibarən başlayıb.