Xankəndi-Laçın yolunda etirazlar axşam saatlarında davam edirbackend

Xankəndi-Laçın yolunda etirazlar axşam saatlarında davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası axşam saatlarında da davam edir.

İnterpress.az xəbər verir ki, ötən ilin dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda hava şəraitinin soyuq və şaxtalı olmasına baxmayaraq davam etdirilir.

Fasiləsiz davam edən dinc aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri əleyhinə şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları sülhməramlıların komandanının gəlişini tələb ediblər.

Bundan əlavə, aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.

Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.