Xarkovda rusların qərargahı məhv edildibackend

Xarkovda rusların qərargahı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Xarkov yaxınlığında rusların qərargahını məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

“Milli Qvardiyanın hava kəşfiyyatının ötürdüyü məlumatlar əsasında artilleriya bölmələri hədəfi məhv ediblər”, – məlumatda qeyd olunub.

Geraşenkonun sözlərinə görə, zərbələr nəticəsində rusların sursat anbarı, hərbi texnikaları və birinin içi sursatla dolu olan 2 yük maşını məhv edilib.