Xersonda küçəyə Jirinovskinin adı verilə bilərbackend

Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Xersonda küçələrdən birinə rusiyalı siyasətçi Vladimir Jirinovskinin adının verilməsi planlaşdırılır.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin Hərbi-Mülki Administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Qeyd edək ki, rusiyalı hərbçilər hərbi əməliyyat nəticəsində Ukraynanın cənubunda Xerson vilayətinin bütün ərazisinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski cari ilin aprelin 6-sı 76 yaşında dünyasını dəyişib.