“Xəyanəti ümumi baxışdan bağışlamaq, insana hər bir şansı vermək olar. Allah bağışlayandırsa, biz mütləq şəkildə bunu bacarmalıyıq. Elə şeylər var ki, keçmək lazımdır”.
İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı MTV-yə açıqlamasında deyib. Sənətçi yalanı və xəyanəti bağışlamağın mümkün olduğunu bildirib:
“Hərə bir baxışla baxır, fərqli düşünür. İnsandır, sənə yalan deyər, o anda nəsə düşünər, amma sonradan ağlını başına toplaya bilər. Ona görə də, yalanı, xəyanəti bağışlamaq olar”.