Xorvatiya və Sloveniya Ukraynaya yardımı davam etdirəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadənj xəbər verir.
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman və Sloveniyanın xarici işlər naziri Tanya Fajon ölkələrinin Ukraynaya yardım etməyə davam edəcəklərini bildiriblər.
Qrlic-Radman və Tanja Fajon Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən Aİ Xarici Əlaqələr Şurası qarşısında bəyanatlarla çıxış ediblər.
“Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümünə qədəm qoyduq. Təəssüf ki, müharibənin sonu yaxın deyil, lakin Ukrayna ilə həmrəy olmaq çox vacibdir. Biz həmrəy, səbirli və dözümlü olmalıyıq”, – Qrlic-Radman deyib.