Azərbaycanda yanvar ayı ərzində COVID-19 əleyhinə vaksinasiya üçün “randevu.its.gov.az” saytı vasitəsilə onlayn növbə götürənlərin sayı açıqlanıb.
İnterpress.az-ın məlumata görə, ötən ay 615 801 nəfər onlayn növbə götürüb.
Onlardan 571 272 nəfər “BioNTech”/ “Pfizer”, 43 529 nəfər “Coronavac”, 1000 nəfər isə “Sputnik V” vaksini vurdurmaq üçün müraciət edib.
Qeyd edək ki, bir sıra hüquq-mühafizə orqanlarında əməkdaşların randevusuz vaksinasiyası təşkil olunur.