Yaponiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirbackend

Yaponiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi Rusiyanın ölkəsindəki səfiri Mixail Qaluzini nazirliyə çağırıb.

İnterpress.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Biz regionda status-kvonun birtərəfli qaydada güc yolu ilə dəyişməsini qəbul edə bilmərik. Biz hadisəni kəskin şəkildə qınayırıq”, – deyə Y.Xayasi bildirib.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır: “Biz Rusiyanı təcavüzü dayandırmağa və Rusiyanın qoşunlarını ölkədən çıxarmağa çağırırıq” .