Yaponiya yeni qanadlı raket hazırlayacaqbackend

Yaponiya yeni qanadlı raket hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya üç növ dəyişdirilə bilən döyüş başlığı ilə yeni qanadlı raket hazırlayacaq.

“Report” xəbər verir ki, bu barədə yerli “Yomiuri” qəzeti yazıb.

Döyüş başlıqları düşmənin hava hücumundan müdafiə sistemini vurmaq və maneə törətmək üçün nəzərdə tutulub. Raketin kəşfiyyat məqsədləri üçün də istifadə edilməsi planlaşdırılır.

Prototip istehsalı 1 aprel 2023-cü il tarixindən etibarən yeni maliyyə ilində başlaya bilər.

Yeni raket 1 000 km-dən çox məsafə qət edəcək. O, yüksək mobil qurğulardan işə salınacaq.

Nəşrin məlumatına görə, raketin bəzi komponentləri, xüsusən də mühərrikini ölkənin Müdafiə Nazirliyi 2018-ci ildən hazırlayıb.