Yaponiyada aparılan araşdırmalar göstərib ki, baş nazir Kişida Fumio və onun kabinetinə ictimai dəstək 24,5 faizə qədər azalıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Rəsmi Kyodo xəbər agentliyi son 3 gündə 1000-dən çox insanla apardığı sorğuda Kişida və onun kabinetinə ictimai dəstəyi araşdırıb.
Sorğunun nəticəsi göstərdi ki, Baş nazir Kişida və onun kabinetinə ictimai dəstək 24,5 faizə qədər azalıb.
Sözügedən araşdırmada Kişini və kabinetini bəyənməyənlərin nisbəti yüzdə 58,9 olaraq qeyd edilib.
Beləliklə, 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə LDP ilə qalib gələn Kişidaya ictimai dəstək ikinci ən aşağı səviyyəyə çatıb.
İddialara görə, ianə gəlirlərini az bəyan edən hakim Liberal Demokrat Partiyasının (LDP) deputatlarının son istefaları dəstəyin aşağı səviyyədə qalmasına səbəb olub.
Qeyd olunur ki, ötən il nazirlərin Birlik kilsəsi ilə mübahisəli əlaqələri və korrupsiya iddiaları səbəbindən istefa verməsi ictimai dəstəyə mənfi təsir göstərib.
Bildirilir ki, Yaponiya siyasətində kabinetə dəstəyin 30 faizin altında qalması kritikdir.