Yaponiyanın Niiqata prefekturasına yağan güclü qarın təsiri nəticəsində azı 3 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə prefektura administrasiyası məlumat yayıb.
Ölən və yaralananların əksəriyyəti qar təmizləyən və yıxılaraq xəsarət alan yaşlı insanlardır.
Qeyd olunub ki, prefekturada 4 300-ə yaxın ev elektrik xətlərinin qırılması səbəbindən işıqsız qalıb.
Yapon dənizi sahillərinə keçən həftənin sonundan güclü qar yağır. Aomori, Niiqata, Fukusima və Yamaqata kimi bəzi prefekturalarda qarın qalınlığı bir-iki metr olub ki, bu da ilin bu vaxtı üçün rekord göstəricidir.