Yaponiyada Tənhalıq Nazirliyi yaradıldıbackend

Yaponiyada Tənhalıq Nazirliyi yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Yosihide Suqa ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamotonu Tənhalıq üzrə nazir vəzifəsinə təyin edib.

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Kasunobu Kato Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

 

O, qeyd edib ki, Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb.

 

“Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir. Bura həmçinin ilk növbədə qadınlar və gənclər arasında mövcud olan intiharlar problemi də aiddir”, – Kato deyib.

 

BÜNYAMİN BÜNYADZADƏ

İnterpress.az