Yaponiyada zəncirvari qəzada 15 nəfər xəsarət alıbbackend

Yaponiyada zəncirvari qəzada 15 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada magistral yolda 20 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkənin qərbindəki Kyoto şəhəri ilə Vakayama əyalətini birləşdirən Keinava şossesində zəncirvari yol qəzası baş verib.

Nara əyalətinin Kaşihara rayonu yaxınlığında yerləşən magistralın çıxış nöqtəsində qəzada 20 avtomobil iştirak edib.

Qəzada yaralanan 15 nəfər xəstəxanalara çatdırılıb.

Qəza nəticəsində magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.