Yaponiyada duz əlavə etmədən yeməyi duzlu edən “ağıllı” qaşıqlar yaradıblar.
İnterpress.az xəbər verir ki, qaşıq batareya ilə işləyir və zəif elektrik cərəyanı yaradır. Bu da natrium ion molekullarını dildə cəmləyərək yeməyin dadını dəyişir.
Həkimlər hesab edirlər ki, bu cihaz sağlamlıq problemlərinə səbəb olan duzdan sui-istifadə problemini həll etməyə kömək edə bilər.
Buraxılış qiyməti: $127 (təxm. 216 man).
Xuraman Etibarlı
İnterpress.az