Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov vəzifəsindən azad edilib.
Bu barədə İnterpress.az-ın redaksiyasına etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, bununla bağlı RİH-in yeni başçısı Rafiq Cəlilov sərəncam imzalayıb.
Hələlik Sabir Hüseynovun yerinə təyinat olmayıb.
Qeyd edək ki, S.Hüseynov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.
O daha əvvəllər RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri vəzifəsində çalışıb.